Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“İYİ” Partiyasının yeni sədri məlum oldu -FOTO

Türkiyədə müxalifətdə olan “İYİ” Partiyasının yeni sədri məlum olub.

Yenixeber.org: “Haber Global”ın verdiyi xəbərə görə, siyasi təşkilatın bu gün keçirilən 5-ci qurultayında Türkiyə Böyük Millət Məclisində (TBMM) İzmiri təmsil edən deputatı Müsavat Dervişoğlu sədr seçilib.

Belə ki, dörd namizədin çıxışından sonra səsvermə başlayıb. 1 302 nümayəndədən 1 178-i səs verib. 7 səs etibarsız hesab edilərkən, 1 171 səs etibarlı sayılıb.

Birinci turda mütləq səs çoxluğu əldə olunmadığından seçki ikinci tura keçib. Daha sonra Tolqa Akalın namizədliyini geri götürüb. Müsavat Dervişoğlu 570, Koray Aydın isə 565 səs toplasa da, sədr üçüncü turda müəyyən edilib.

Üçüncü turda mütləq səs çoxluğu tələb olunmadığından ən çox səs toplayan namizəd Müsavat Dervişoğlu “İYİ” Partiyasının sədri olub. Üçüncü turda Müsavat Dervişoğlu 611, Koray Aydın isə 548 səs toplayıb.

Xatırladaq ki, Meral Akşener “İYİ” Partiyanın sədrliyinə namizədliyini verməməsini bələdiyyə seçkilərindəki uğursuzluqla əlaqələndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam