Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazir ona yaltaqlanan məmur-şairi cəzalandırdı

Mədəniyyət və Turizm Nazirliyi şair Vaqif Quliyevin (Bəhmənli) nazir Əbülfəs Qarayevə həsr etdiyi və günlərdir sosial şəbəkədə müzakirə olunan “Hamıya yaxşılıq” şerinə münasibət bildirib.

"Xeberinfo.com":   Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda deyilir ki, mədəniyyət və turizm nazirinin 28 oktyabr, 2015-ci il tarixli əmri ilə kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyevə töhmət verilib

““525-ci qəzet”in 17 oktyabr, 2015-ci il tarixli sayında Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri şair Vaqif Quliyevin (Bəhmənli) şerləri dərc edilib. Həmin şerlərdən biri “Hamıya yaxşılıq” adlı şer mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə həsr olunub. Şer qəzetdə dərc edildikdən sonra müxtəlif saytlarda və sosial şəbəkələrdə geniş müzakirə edilib və ictimaiyyət tərəfindən müxtəlif səpkili münasibət bildirilib.

Vaqif Bəhmənli

Qeyd etmək istəyirik ki, bu şer təxminən 5-6 ay əvvəl Vaqif Quliyev tərəfindən yazılıb və görüşlərin birində şeri nazirə göstərilib. Lakin nazir Əbülfəs Qarayev şerdə işlənən ifadələrdən o qədər də razı qalmayıb, edilən təriflərə öz iradını bildirib və bu yazının bir daha üzə çıxarılmamasını və heç bir yerdə dərc edilməməsini tapşırıb.

Lakin hadisənin üzərindən xeyli müddət keçdikdən sonra Vaqif Quliyevin Gənc Tamaşaçılar Teatrında keçirilən 60 illik yubiley mərasimi ərəfəsində şairin şerlər toplusu ilə birlikdə bu şer dərc edilib və yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif müzakirələrə, bəzən qərəzli və emosional münasibətlərə səbəb olub.

Bu hadisə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən pislənilib, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə əlaqə yaradılaraq bu üslubda şerin qəzetdə dərc olunmasına dair irad bildirilib.

Ümumimilikdə son günlər kütləvi informasiya vasitələrinin geniş müzakirəsinə səbəb olmuş bu fakt dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun gəlməyən hal kimi dəyərləndirilib və nazirliyin əməkdaşının rəhbər şəxsə qarşı öz fikirlərini bu formada - yaradılcılıq nümunəsi vasitəsilə bildirməsi qəbuledilməz hal kimi dəyərləndirilir.

Bu hadisə Vaqif Quliyevin dövlət qulluqçusu kimi öz vəzifələrinə uyğun gəlməyən bu yaradıcılıq nümunəsinin çap etdirməsi pislənib və bir daha təkrarlanmaması tapşırılıb.

Yuxarıda qeyd olunanlar nəzərə alınaraq mədəniyyət və turizm nazirinin 28 oktyabr, 2015-ci il tarixli əmri ilə kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyevə töhmət elan olunub” - deyə nazirlik bəyan edib.

Nazirin hiddətinə səbəb olan həmin şeri təqdim edirik:

Əbülfəs müəllim, dilinə qurban,

Tamam düz deyirsən,

dediyin haqdı –

Yaxşılıq yolunda can qoymusan, can,

Nə ki yamanlıq var, səndən uzaqdı.

Qəlbini bir dəfə boşaldıb ildə,

hətta dil tapırsan iblis adamla.

Bülbültək ötürsən beş-altı dildə,

Pisliyin dilini bilmirsən amma.

Alova yaxşılıq…

hisə yaxşılıq…

Lap yansın çırağı qara evlərin.

Yaxşıya yaxşılıq,

pisə yaxşılıq –

Həyat tərzi budur Qarayevlərin.

Əclaf da, paxıl da unudur kini –

Nadan fikrə gedir qanmayanda da.

Üzü işıqlanır, adam sevinir

Qardaş, sən adamı danlayanda da.

Müsbət rəy…

hər kəsin ərizəsinə –

Nizamülmülk kimi yaxşı vəzirsən.

Qalxırsan dirinin lap zirvəsinə

Ölünün içində həyat gəzirsən.

Son hesab xaliqin həddinə yetsə;

dua var dəryanın

yaş balığında.

Lap bir gün

Allah da ziddinə getsə

Yenə usanmazsan yaxşılığından.

Çürük kötükdə də pöhrə gücü var,

Yaxşılıq suyuna çək iyrəncləri.

Atan əvəzidi bütün qocalar,

balantək sevirsən bütün gəncləri.

Bəlkə

sənə görə açılır səhər?

Harda varsan, orda

xeyir dolaşır.

Düşəndə axşamlar,

qarışanda şər

Qanadın altına xeyir doluşur.

Qalaça tikirsən daş qalağından –

Adam çox…

hamıya bu vərdiş gəlmir.

Qardaş, bir an qalma yaxşılığından,

Onsuz da əlindən yaman iş gəlmir!…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam