Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Əbülfəs Qarayev 2 şöbə müdirini işdən qovdu

Mədəniyyət və Turizm Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirilib.

 

Xeberinfo.com:   Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, kollegiyada IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının yekunları, Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALISA) tətbiqi, Gəncə şəhəri və Şəmkir rayonu ərazisindəki tarixi abidələrin vəziyyəti, İmişli, Zərdab və Qax rayonlarının mədəniyyət və turizm şöbələrində nazirlik tərəfindən aparılan yoxlamaların nəticələri müzakirə olunub.

Kollegiyada şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə İmişli rayon mədəniyyət və turizm şöbəsinin müdiri Süleyman Bəşirovun vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.

Qərara alınıb ki, 65 yaşının tamam olması ilə əlaqədar müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, Zərdab rayon mədəniyyət və turizm şöbəsinin müdiri Eldəniz Abdullayevlə bağlanan əmək müqaviləsinə 1 yanvar 2016-cı il tarixdə xitam verilsin.

Kollegiyanın iclasına yekun vuran Əbülfəs Qarayev müzakirə olunan məsələlər və qeyd olunan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam