Fələstinin BMT-yə üzv olmasına "YOX" deyilir
Birləşmiş Ştatlar Fələstinin BMT-yə tamhüquqlu üzvlüyü ilə bağlı qətnamə layihəsinin əleyhinə səs vermək niyyətindədir.
Yenixeber.org: Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel məlumat verib.
O, Birləşmiş Ştatların Fələstin-İsrail münaqişəsinin “iki dövlət” həllinə sadiq olduğunu təsdiqləyib, lakin BMT-ni “tələsik hərəkətlərdən” çəkinməsi ilə bağlı xəbərdarlıq edib.
Patelin sözlərinə görə, bu hərəkətlər Fələstinin dövlətçilik əldə etməsinə kömək etməyəcək. O vurğulayıb ki, regionda sabit sülh yalnız “iki dövlət” prinsipi əsasında, eləcə də İsrailin təhlükəsizliyinin təmin olunması şərti ilə bərqərar olacaq.