“Ermənistanı Azərbaycanla yekun razılığa çağırdıq”:ABŞ rəsmisi

“Bu görüş Ermənistanda aparılan islahatlara həsr olunub. Lakin biz, İrəvanı sülh yoluna davam etməyə və Azərbaycanla yekun razılığa gəlməyə də çağırdıq”.
Yenixeber.org: Bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünün nəticələri barədə danışarkən deyib.
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regional təhlükəsizliyi təmin etmək üçün ən yaxşı seçimdir. Əsas da bu, Aralıq dənizi regionundan Mərkəzi Asiyaya yeni ticarət yolları açacmağa fürsət yaradacaq”









AZ
RU