Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xocalıda qalıqları tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib -SİYAHI

 

Xəbər verildiyi kimi, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar davam etdirilir.

Yenixeber.org xəbər verir ki,  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat yayıb.

Bildirilib ki, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların 18 nəfər şəxsə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.

Həmçinin, aşkar edilmiş insan qalıqları xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılıb.

Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, həmçinin, iş üzrə həmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə ekspertiza və laborator müayinələr aparılır, eləcə də digər zəruri prosessual hərəkətlər həyata keçirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi tərəfindən keçirilən məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində Xankəndi sakini olmuş daha 1 nəfərin şəxsiyyəti müəyyən edilib. Bununla da, kütləvi məzarlıqda aşkar olunan insan qalıqlarından 10 nəfərin şəxsiyyəti müəyyən edilib:

Xocalı rayon sakinləri

1. Əliyev Ağaəli Naib oğlu (01.06.1933)

2. Əliyeva Sürəyya Behbud qızı (01.06.1933)

3. Mahmudov Akif Seydulla oğlu (01.06.1962)

4. Səlimov Xəzər Səyavuş oğlu (01.09.1974) 

5. Səlimova Tamilla Ağamirzə qızı (01.06.1935)

6. Nəcəfov Şiraslan Məmiş oğlu (01.06.1952)

Xankəndi şəhər sakinləri

7. Cavadov Əli Müsül oğlu (15.06.1954)

8. İsmayılov İsmayıl Bəhman oğlu (01.08.1955)

9. Məhərrəmova Bəsirə Vəli qızı (01.06.1954)

10. Məhərrəmov Vaqif Cəmil oğlu (01.06.1951)

İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Toplanmış materiallar Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işinə əlavə edilərək araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam