Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı Astana və Pekinlə üçtərəfli saziş imzalaya bilər

 

Azərbaycan və Çin arasında ticari-iqtisadi əlaqələr çox fəal inkişaf edir və Orta Dəhlizin tam istismarı bu əlaqələrə daha da təkan verəcək.

Yenixeber.org xəbər verir ki, bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) layihəsinin öz çətinlikləri var, onları aradan qaldırmaq lazımdır: “Orta Dəhliz bir neçə ölkənin ərazisindən keçir, bunlar bizim Mərkəzi Asiya tərəfdaşlarımız, Gürcüstan, Türkiyədir. Biz qazax, gürcü və türk həmkarlarımızla çox işləyirik. TBNM üçün “bir pəncərə” elementi xüsusilə mallarını Avropaya çatdırmaq istəyən Çin şirkətləri üçün çox vacibdir. Yeri gəlmişkən, artıq işləyən və Çin tərəfini də buna cəlb etmək istədiyimiz “bir pəncərə”nin tətbiqi bütün marşrut boyunca prosedurları standartlaşdırmağa və sadələşdirməyə imkan verəcəkdir. Onun tətbiqi gözlənildiyindən daha tez baş verir, çünki biznesin öz qaydaları var”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan bu yaxınlarda Çin və Qazaxıstan arasında Orta Dəhliz haqqında imzalanmış sazişi diqqətə çatdırıb: “Biz Azərbaycan və Çin arasında belə bir sazişin mümkünlüyü barədə də düşünürük. Ola bilsin ki gələcəkdə oxşar üçtərəfli saziş imzalansın. Biz Çin+Mərkəzi Asiya, Çin+Mərkəzi Asiya+Azərbaycan konsepsiyasının inkişafını gözləyirik”.

H.Hacıyev vurğulayıb ki, Çin həmişə başqa mədəniyyətlərə və sivilizasiyalara açıq olub və onlara hörmətlə yanaşır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam