Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanlı deputat Avronest PA-da ETİRAZ ETDİ

 

"Avronest Parlament Assambleyası təsis olunmasına dair aktın əsas prinsiplərində biri əməkdaşlığa təkan vermək idi. Lakin biz bu gün Avronest PA-nın öz məqsədlərindən kənara çıxdığını müşahidə edirik"

Yenixeber.org xəbər verir ki, bunu Avronest Parlament Assambleyasının 11-ci növbədənkənar sessiyasının ikinci işçi iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Soltan Məmmədov deyib.

O, qeyd edib ki, Sosial Komitədən təqdim olunmuş hesabata dair səsvermənin nəticələri "Şərq tərəfdaşlığı" proqramının iştirakçıları arasında sülhə, əməkdaşlığa deyil, əksinə düşmənçilik toxumlarını yenidən cücərtməyə xidmət edir.

Deputat bildirib ki, bu gün bütün dünya böyük problemlərlə - münaqişələrlə, iqlim dəyişikliklərinin yaratdığı fəsadlarla mübarizə aparır.

“Azərbaycan bu tarixi anda qlobal enerji təhlükəsizliyinə töhfə verir, yaşıl enerjiyə keçid istiqamətində uğurlu addımlar atır. Dünya bəlkə də heç vaxt indiki qədər təhlükəli olmayıb. Söhbət, bütün bəşəriyyətə, indiki və gələcək nəsillərə təhdid yaradan mürəkkəb problemlərin zəncirvari əlaqəsindən gedir. Hesabat reallıqları əks etdirmir. Təqdim etdiyimiz təklif və düzəlişlər qəbul edilmədi. Halbuki, bütün təkliflər beynəlxalq hüquqa, BMT, Avropa Şurası və digər nüfuzlu təşkilatların qəbul etdiyi sənədlərə əsaslanır”, - deyə o əlavə edib.

S.Məmmədov qeyd edib ki, Avronest PA tərəfsiz olmalı və bütün üzvlərinin bərbərhüquqluğunu qəbul etməlidir: “Biz azərbaycanlı qaçqınların məsələsinin sənəddə əksini tapmasını təklif etmişdik. Onları yardım göstərilməsi təklif olunan digər Şərq tərəfdaşlığı ölkələrindəki qaçqınlardan fərqləndirən nədir?”.

Deputat vurğulayıb ki, Azərbaycan nümayəndə heyəti sülh kontekstindən kənara çıxan, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində təşəbbüslərlə ziddiyyət təşkil edən hesabatın əleyhinə səs verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam