Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bağça müəllimləri üçün sertifikasiya imtahanı keçirilməyəcək -RƏSMİ

 

Bu il üçün bağçalarda çalışan tərbiyəçilər üçün sertifikasiya imtahanı keçirilməyəcək.

Yenixeber.org xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov brifinq zamanı deyib.

Direktorun sözlərinə görə, cari ildə yalnız məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimlərinin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.

O bildirib ki, diaqnostik qiymətləndirmə tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi məqsədilə sertifikasiya mərhələsinə hazırlıq məqsədi daşıyır:

“Bu nəticə tərbiyəçi-müəllimlərin əmək müqaviləsinə təsir etməyəcək. Sertifikatlaşdırmaya gəlincə isə bu il tərbiyəçi müəllimlərin sertifikatlaşdırılması nəzərdə tutulmur. Sertifikatlaşdırma prosesinə növbəti ildən başlanılacaq. 2026-cı ilə qədər 17 min nəfər sertifikatlaşdırmaya cəlb ediləcək və proses tamamlanacaq".

Eşqi Bağırov məktəbəqədər təhsildə idarəetmənin təkmilləşdirilməsi məqsədilə də tədbirlərin davam etdirilirdiyini bildirib. Onun sözlərinə görə, cari ildə məktəbəqədər təhsil müəssisələrində pedaqoji və idarəetmə heyəti üçün təlimlərin təşkili, keyfiyyət təminatı sisteminin yaradılması istiqamətində işlər aparılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam