Rusiya təyyarəsi NATO hava məkanına daxil oldu – Fransa təyyarələri xəbərdarlıq etdi

Rusiyanın kəşfiyyat təyyarəsi ilə Fransanın döyüş təyyarəsi Estoniya səmasında qarşı-qarşıya gəlib.
Yenixeber.org: Rusiyaya məxsus “İL-20” tipli kəşfiyyat təyyarəsi Estoniya üzərində müşahidə uçuşu həyata keçirərkən, Fransaya məxsus iki “Mirage 2000” tipli döyüş təyyarəsi havaya qalxıb.
Daha sonra fransız döyüş təyyarələri sürətlə Rusiya kəşfiyyat təyyarəsinin yerləşdiyi əraziyə çatıb.
Fransız döyüş təyyarəsi Rusiya təyyarəsinə NATO-nun hava məkanında olduğu ilə bağlı xəbardları edib.
Bundan sonra Rusiya kəşfiyyat təyyarəsi geri qayııtmağa məcbur olub.(Azpolitika)









AZ
RU