Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Atatürkün layihəsi bu ölkədə həyata keçirildi -Bütün dünyaya örnək oldu - FOTOLAR

 

Atatürkün 1937-ci ildə vəfatından əvvəl ərsəyə gətirdiyi, Türkiyəni təməlindən inkişaf etdirməyi hədəfləyən "İdeal Cümhuriyyət Köyü" layihəsi Danimarkanın Brondby şəhərində həyata keçirilərək bütün dünyaya nümunə olub.

Yenixeber.org xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendən bir qədər kənarda yerləşən Brondby Haveby şəhəri unikal dairəvi dizaynı ilə bütün memarlıq formalarını unutdurur.

Məlumata görə, Danimarkada bu kənd təsərrüfatı şəhəri ideyası 1964-cü ildə yaranıb. Brondby Haveby-nin memarları deyirlər ki, layihənin arxasında duran ideya bu ərazilərin sakinləri arasında sosial qarşılıqlı əlaqəni artırmaqdır. 

Qeyd olunub ki, layihənin orijinal ideyası Danimarkaya deyil, Mustafa Kamal Atatürkə aiddir.

Belə ki, Atatürkün üzərində çalışdığı və həyata keçirilməsini istədiyi bu layihə Cümhuriyyətin ilk tarix professorlarından olan Afət İnanın “Dövlətçilik prinsipi” və “Cümhuriyyətin 50-ci ilində kəndlərimiz” kitablarına daxil edilmişdir.

Məlumata görə, Afət İnanın kitablarında bəhs etdiyi, hətta bir müddət aidiyyatı nazirliklərə, valiliklərə təqdim etdiyi bu layihəyə müsbət reaksiya verilməyib.(“Haber Global”)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam