Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ öz əsgərlərini Ukraynada döyüşməyə göndərməyəcək -RƏSMİ

 

ABŞ öz əsgərlərini Ukraynada döyüşməyə göndərməyəcək.

Yenixeber.org xəbər verir ki, bunu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib. “Amerikanın səsi”nin məlumatına görə, jurnalistin “Fransa prezidentinin NATO qoşunlarının Ukraynadakı döyüşlərdə potensial iştirakı ilə bağlı bəyanatını necə şərh edərdiniz”  sualına Miller mənfi cavab verib.

“Prezident Bayden açıq şəkildə bildirdi ki, o, Amerika əsgərlərini Ukraynaya döyüşməyə göndərməyəcək... İndi vəziyyət son dərəcə ciddidir. Biz Ukraynanın irəli qüvvələrinin Rusiyanın təcavüzünü dəf etmək üçün kifayət qədər sursata malik olmadığını gördük. Onlar hələ də cəsarətlə mübarizə aparırlar. Onlar cəsarətlə mübarizəni davam etdirirlər. Onların hələ də istifadə edə biləcəkləri zireh, silah və sursat var, lakin indi onu qoruyub saxlamalıdırlar, çünki Konqres onları maliyyələşdirməklə bağlı heç bir tədbir görməyib”, - Miller bildirib.

“Buna görə də biz gözləyirik ki, bu il ərzində Ukrayna qoşunları Qara dənizdə olduğu kimi cəsarətlə döyüşməyə və uğur qazanmağa davam edəcək. Ancaq ehtiyac duyduqları sursata çıxışları olmasa, onlar üçün daha çətin olacaq, ona görə də prezident (Bayden) Konqresi hərəkətə keçməyə çağırmağa davam edir”.

Miller təklif edib ki, “Əgər Nümayəndələr Palatasında Ukraynaya yardım məsələsi ilə bağlı birbaşa səsvermə keçirilsəydi, o, keçərdi. Ona görə də biz yenidən Konqresi üzərinə düşən vəzifəni yerinə yetirməyə, bu səsverməni keçirməyə və Ukrayna hərbçilərinə lazımi yardımı göstərməyə çağırırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam