Azərbaycanlı avtoritet ABŞ-yə ekstradisiya olundu

Ötən il Çexiyada saxlanılan azərbaycanlı kriminal avtoritet Polad Ömərov ABŞ-yə ekstradisiya olunub.
Yenixeber.org: Bu barədə Çexiya Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Polad Ömərov çərşənbə günü səhər Praqa Vatslav Havel hava limanında ABŞ-nin səlahiyyətli nümayəndələrinə təhvil verilib.
Ömərov, Rafət Əmirov və Xalid Mehdiyevlə birlikdə ABŞ vətəndaşı olan və Nyu-Yorkun Bruklin şəhərində yaşayan İran hökumətini tənqid edən şəxsə qarşı Tehranın dəstəklədiyi sui-qəsd cəhdindəki rollarına görə kirayəlik adam öldürmə və çirkli pulların yuyulmasında ittiham olunurlar.
Qeyd edək ki, ötən il Praqada saxlanılan Polad Ömərov eyni zamanda, Ukrayna dövləti tərəfindən 2021-ci ilin dekabrında Nazir Əliyevin qətlini təşkil etdiyinə görə beynəlxalq axtarışa verilmişdi.
Qeyd edək ki, Polad Ömərov mərhum kriminal avtoritet Nadir Səlifovun qardaşı Namiq Səlifovun sağ əli kimi də tanınırdı.









AZ
RU