HƏTƏMİN DİNCƏLDİYİ MƏKAN
(Kiçik satirik hekayə)
Yenixeber.org: Hətəm adlı bir qonşum var.Dediyinə görə də iki universitet bitirib.Necə bitirməyini də bir Allahı bilir,bi də özü.Bir də indi iki,üç universitet bitirif fəhlə işləyənlər o qədərdir ki.Maşallah,Hətəmin varı-dövləti də başından aşır.Amma buna baxmayaraq xırda bir idarənin böyük müdiridir.Ona görə böyük müdirdir ki özünü elə aparır.Balaca idarənin böyük müdirinin qonşularla elə bir ünsiyəti,mehirbanlığı filanı da yoxdur.Qonşulara salam verəndə də candərdi,dodaqucu verir.Amma hamıdan salam gözləyir.Sanki hamının onun dədəsinə salam borcu var.Nə isə dediyim kimi Hətəmin var-dövləti başından aşır.Vallah-billah mənim kimsənin var-dövlətində gözüm yoxdur.Heç Hətəmin də.Allah kimin nəyi var, ondan da artığını versin.
Hətəm canının qədrini bilən adamdir.Onun bir gün də olsun xəstələndiyini və xəstələndiyib işə getmədiyini görən olmayıb.Hər il yay fəsilində yaxın, uzaq ölkələrin kurortlarına,ya da öz ölkəmizin gəzməli-görməli yerlərinə gedir.Gələndə də maşallah, bir maşın şey-şüylə gəlir.
Bir gün müdir olmayan qonşular həyətdə oturub mehirban-mehirban dərdləşirdik.Bu vaxt yanımızda bir maşın dayandı.Hətəm idi.Dincəlməkdən gəlirdi.Maşından düşdü, yenə adəti üzürə bizə ağızucu salam verdi.Amma kefimizi soruşmadı.Nə vaxt soruşmuşdu ki,indiydə soruşaydı?Hətəm maşının arxasını açıb iri-iri bağlamaları boşaldanda dedim:- Hətəm müəllim,kömək lazımdır?
-Yox,Qəmbər kişi,yox.
Dilim dinc durmadı soruşdum:
-Hətəm müəllim,soruşmaq ayıb olmasın, harda dincəlirdiniz?
-Yollar bağlı olduğuna görə elə öz ölkəmizdə-Hacıqabulda dincəldim.
Hətəm “Hacıqabulda”deyəndə hamımız elə bildik bizi dolayır.Amma Hətəm bizi dolamırdı.Bildiyi,qandığı oydu.Qayıtdım ki,rəhmətliyin oğlu,Bakının istisində bişmək min dəfə Hacıqabulda istirahət etməkdən yaxşıdır.Sən ki,qabaqlar xaricə gedirdin,nə əcəb bu il Hcıqabula getdin?
Hətəm qızardı-bozardı və birdən qiymətli bir şey tapıpmış kimi:-Hacıqabulda yox ey,Hacıkənddə.
Mənsə öz-özümə dedim,-”Qonşu Rusiya kimi ərazimizin ucu-bucaqsız olsaydı,onda heç köçüb şəhərə getdiyimiz kəndimizin adını və yerini belə yadımızda saxlaya bilməzdik”.
MƏHƏRRƏM ŞƏMKİRLİ