Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Bəhri təvil (Pay eyləsin)

Görmüşəm mən, üzdəniraq razıları, əl belində "lobbaz" olan qazıları, sözləri gözlərə dağ, odda yanan QAZİLƏRİ...Hər biri Vətən deyib dad eylədi, kəfən geyib şəhidliyi yad eylədi, daddıraraq qələbəni, azad edib Qarabağı millətini şad eylədi, ad üstünə ad eylədi...qanmayana "zad" eylədi.

Yenixeber.org: Düşmənə qanudduran oğulları ağlar edib, sinələri dağlar edib, göz yaşını çağlar edib, oğul- uşaq cavan- cavan arzuları tar- mar edib, gəlin baxaq hallarına, malı- mülkü mallarına...Susulur dil- ağızlar, saralıb rəngi solur dərd dolusu ərizələr stolüstə vərəq- vərəq, səhfə- səhfə kağızlar, beləcə dillər susur, açıq qalır ağızlar, yazıq olub yazıqlar..Kiminin üzüyanıq, gözləri kor, qolları yox, yolları yox, üz tutanda məmurlara, nazirlərə, dili qısa düzü danıq, zülüm çəkir! 

Qazi varki əlləri yox, məcbur olub dil bulayır yoldan ötən kəslərə, səs qarışır səslərə, nifrət edir bəs olmayan bəslərə...Mən yazıram siz eşidin, əyri otur düz danışaq: İçdən içə gəl bir azda biz alışaq, önə çəkib haqlarını biz qarışaq: Haqqı udub haqqı yeyən, oturmusan evində sən, cəhənnəmi haqq edibən içində yox, çolündə yox, DİBİNDƏSƏN...Çox yemisən, ağız əyib çox demisən, sal yadına ALLAHI sən, Vallahı sən, niyə, nədən qazilərə zalim oldun, haqqa dağal salim oldun? Allah səni başdan xarab "zay"eyləsin, saya vurub say eyləsin, qıçın sınıb, gözündə kor, öz haqqına təməlinə, əməlini PAY eyləsin...
Təranə Şəms.5.02.2024

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam