Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Sehrli xalat”ın Rəşidi ABŞ-də vəfat etdi

 

“Sehrli xalat” filmində baş rol ifaçısı Azər Qurbanov vəfat edib.

Yenixeber.org xəbər verir ki, bu barədə Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov feysbukda məlumat paylaşıb.

Onun sözlərinə görə, A. Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra ABŞ-də dünyasını dəyişib.

Qeyd edək ki, əslən Gəncə şəhərindən olan A. Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda 225 saylı orta məktəbdə rus dilində alıb.

O, 7 yaşında “Bir məhəllədən iki nəfər” filmində debüt edib. Daha sonra “Əcnəbi qız” (1965), “Bizim oynadığımız dənizdə” (1967), ilk sovet-yuqoslav birgə filmi olan “Mavi quş, yolun açıq olsun” (1967) filmlərində rol alıb.

Ona ən böyük uğuru “Sehrli xalat” filmindəki pioner “Rəşid” obrazı gətirib. Azər rusdilli olduğundan onu Yusif Şeyxov səsləndirib.

A.Qurbanov 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı, şəxsi bizneslə məşğul olurdu.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam