Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanın ən böyük ticarət tərəfdaşı bu ölkədir

 

Ötən il Azərbaycanın xarici ölkələr ilə olan ticarət dövriyyəsinin həcmi açıqlanıb. Qeyd olunan dövrdə ən böyük ticarət dövriyyəsi İtaliya ilə - 15 milyard 685 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsindən Yenixeber.org-a bildirilib ki, Azərbaycandan İtaliyaya 15 milyard 208 milyon dollar dəyərində məhsul ixrac olunub. İtaliyadan Azərbaycana isə 477 milyon 903 min dollar dəyərində məhsul idxal edilib.

Azərbaycanın ticarət dövriyyəsində ikinci əsas ölkə Türkiyədir. Ötən il Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 7 milyard 650 milyon dollar təşkil edib. Azərbaycandan bu ölkəyə 2 milyard 291 milyon dollar dəyərində məhsul ixrac edilib.

Hesabat dövründə 17 milyard 285 milyon dollar dəyərində idxal əməliyyatları aparılıb. Ticarət dövriyyəsində üçüncü yerdə Rusiya qərarlaşıb. Bu ölkə ilə ötən il ticarət dövriyyəsi 4 milyard 358 milyon min dollar təşkil edib.

Dövr ərzində Azərbaycandan Rusiyaya 1 milyard 196 milyon dollar dəyərində ixrac, Rusiyadan Azərbaycana isə 3 milyard 162 milyon dollar dəyərində idxal əməliyyatları həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam