Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Prezident COP29-la bağlı Təşkilat Komitəsi yaratdı -SİYAHI

 

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Yenixeber.org xəbər verir ki, sərəncama əsasən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb.

Təşkilat Komitəsinin sədri

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Təşkilat Komitəsinin üzvləri:

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi

Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru

Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru

Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti.

Təşkilat Komitəsi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirməli; əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görməlidir.

Nazirlər Kabineti isə bu sərəncamda nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam