Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Yeni doğulan buzov üçün 100 , uşaq üçün isə 75manat verilir”

 

“2016-cı ilin nə qədər çətin il olacağı barədə hər kəsdə daxili həyəcan var. Buna görə də büdcədən lazımsız xərclərin azaldılmasına çalışmalıyıq”.

"Xeberinfo.com":   Qafqazinfo-ya istinadən xəbərə görə, bu barədə millət vəkili Fazil Mustafa Milli Məclisin 2016-cı ilin dövlət büdcəsinə həsr edilən iclasında çıxışı zamanı səsləndirib.

Bunun üçün də millət vəkili ASAN Xidmət modelinin səlahiyyətlərini genişləndirilməsinin vacibliyini vurğulayıb. O həmçinin insana olan müavinətin artırılmasına diqqət edilməli olduğunu nəzərə çatdırıb: “Fermerlerə yeni doğulan buzov üçün 100 manat verilir, doğulan uşağa isə 75 manat verilir. Adi bir dərman pulunu hesablayın ki, bu qədər vəsait ona bəs edərmi? Biz müharibə aparan dövlətik. Əhalinin say artımını məsələsində həyəcan təbilini çalmalıyıq”.

F. Mustafa eyni zamanda Türkiyədə yaşayan 2500- dən çox azərbaycanlının təhsildən kənar qalması məsələsinə də diqqət yönəldilməli olduğunu diqqətə çatdırıb: “Orada yaşayan azərbaycanlılar təhsldən kənarda qalıb, iranlılar onları məscidə aparır, sonra isə Quma göndərilir, oradan isə Suriyaya aparılır. Bu da Azərbaycanın təhsili üçün yaxşı hal deyil. Bu gələcəkdə bizə problemlər gətirəcək”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam