Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Tarixdəki matəm günləri ləğv edilsin"

 

Tez-tez işlətdiyimiz "türk dünyası" termini reallığa uyğun gəlimir. İngilis dünyası var, yəhudi dünyası var, rus və ya çin dünyası var, ancaq Türk dünyası hələ ki, arzu olaraq qalır.

"Xeberinfo.com":  Məlumata görə, bu fikirləri millət vəkili Fazil Mustafa Azərbaycan-Türkiyə Evinin (ATEV) Mahmud Kaşğari Türklük Onur Ödülünün təqdimetmə mərasimində səsləndirib. O, türk dünyasının yaranması üçün hələ uzun illərin tələb olunduğunu vurğulayıb: “Hazırda dünyada yaşayan türklər var, ancaq türk və yaxud müsəlman dünyası yoxdur. İngilislər və yəhudilər barmaqları ilə sözün məcazi mənasında bu dünyanı fırlayırlar, biz isə firlayan deyilik, fırlananıq. Ona görə də türk dünyasının yaranması üçün hələ uzun illər çalışmalıyıq”.

Fazil Mustafa türk dünyasının yaranması üçün ilk növbədə tarixdəki matəm günlərinin ləğv edilməsinin vacibliyini vurğulayıb. “Başlamalı olduğumuz işlərdən birincisi tariximizdə, bu günümüzdə bütün matəm günlərini ləğv etməkdir. Bu qədər ağlamaqla normal düşüncə sahibi olmaq tərs mütənasibdir. Qısacası, melanxolik bir millət olmaqdan qurturmalıyıq. Bir də, bu qədər problemi olan bir xalq, millət, dövlət bir bayramda 9 gün istirahət edirsə, demək hələ də uzun illər ingilislərin, yəhudilərin, rusların, farsların barmağı ilə fırlanmalı olacağıq. Çünki dəyişmək istəmirik”, - deyə millət vəkili əlavə edib.

Aznews.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam