Bakıda söküntü korrupsiyası . . .
“Sovetski”də söküləcək evlərin sakinlərinə ən azı 1 milyard manatlıq təzminat veriləcək;
Bakı Şəhər İcra Hakimiyyəti hamam-tualetə, otaqlara və həyətyanı sahəyə fərqli tariflər tətbiq etməklə indidən korrupsiya ocaqları yaradır
"xeberinfo.com": Biz bir neçə gün bundan öncə Bakının “Sovetski” adlan ərazisində 10 min evin söküləcəyi barədə məlumat vermişdik. Məlumatda onu da qeyd etmişdik ki, Milli Dram Teatrının yanından Hüseyn Cavid prospektinə qədər olan ərazidə köhnə tikililərin sökülməsi və böyük bir parkın salınması nəzərdə tutulur. Bu layihə əslində Respublika Sarayının arxasından Milli Dram Teatrının yanınadək inşa edilən Qış Bulvarı layihəsinin davamıdır, öncədən planlanmışdı.
Bu layihə Böyük Bakının Regional İnkişaf Planında əsas istiqamətlərdən biridir. Bu plan hələ sovet dövründə planlaşdırılıb. Sovet dövrünün planına görə, Dəniz Vağzalından Hüseyn Cavid bağınaqədər yaşıllıqdan ibarət xiyaban salınmalı idi. İndi köhnə plan yeniləşib.Heydər Əliyev Sarayının arxasından Hüseyn Cavid bağına qədər nəhəng park kompleksinin yaradılması layihəsinə start verilib. Eyni zamanda “Kubinka”, Bakı Dövlət Sirkinin ətrafı kimi yerlərin sökülməsi hesabına da parkların salınması nəzərdə tutulub. Ancaq məsələ bundadır ki, bu söküntü layihələri korrupsiya riskləri ilə zəngin olur.Ona görə də evləri söküləcək sakinlər təşviş içindədirlər.
Qış Bulvarı ərazisində söküntü işləriaparılan zaman baş verənlər yaddaşlardan hələ də silinməyib və eyniqanunsuzluqların yenidən təkrarlanacağı qorxusu yaşanır. “Sovetski” kimi tanınan ərazisində söküləcək tikililər Çingiz Mustafayev küçəsindən başlanacaq. Ç.Mustafayev küçəsindən Süleyman Rəhimov küçəsinə qədər ərazini əhatə edəcək ilkin söküntü bumu hissə-hissə başqa küçələrə də çatacaq. Bəşir Səfəroğlu küçəsindəki tək nömrəli evlər, Çingiz Mustafayev küçəsində hamısı, Vidadi, Mirzağa Əliyev küçələrində cüt nömrəli evlər, Murtuza Muxtarov, Abdulla Şaiq, Zərgərpalan və “Sovetski”də bütün evlər yerlə-yeksan olunacaq.
Söküntü işlərinə hələ start verilməmiş korrupsiya maşını indidən işə düşüb. Artıq indidən sökülən evlərin hər kvadratmetrinə görə 1500 manat təzminat veriləcəyi bəllidir. Bu məsələdə istisnalar olmasaydı, korrupsiya risklərinin minimuma enəcəyini söyləmək olardı. Ancaq təəssüfki, Bakı Şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi qaydalar bu prosesdə də korrupsiya elementlərinin zəngin olacağından xəbər verir. Məsələn, Bakı meriyası sakinlərə xəbər verir ki, sırf yaşayış yerlərinin, yəni otaqların həcminə görə hər kvadrat metrinə 1500 manat təzminat verəcək. Yardımçı tikililərə görə kompensasiya isə bundan xeyli az olacaq. Məsələn, hamam-tualetin hərkvadrat metrinə görə 700 manat, mənzilə aid həyətyanı sahənin hər kvadratınaisə 300 manatdan kompensasiya veriləcəyi gözlənilir. Bu, absurdun son həddidir.Guya mənzil bazarında otaqlar ayrı, hamam-tualet isə ayrı qiymətə satılır. Həyətyanı torpaq sahəsinin hər kvadrat metrinə 300 manat veriləcəyi isə heç bir tənqidə dözmür. Axı prinsiplərə görə, təzminat vətəndaşın mülkünü əhatə edən ərazinin sahəsinə görə verilir. Otaqlar da, eyvanlar da,hamam-tualet də, torpaq sahəsi də həmin mülkün komponentləridir. Bu absurd standartı BŞİH hansı ağıl və məntiqlə müəyyənləşdirib? Təbii ki, bu, potensial korrupsiya ocaqlarının yaranmasına hesablanmış bir “satandartdır”.
Təxmini hesablamalara görə, söküntü işlərinə və sakinlərin köçürülməsinə 1 milyard manatdan çox vəsait xərclənəcək.10 min sakinin hər birinə orta hesabla 100 min manat təzminat verilsə, deməli, təkcətəzminat xərcləri 1 milyard manatdan az olmayacaq. Buraya söküntünün maliyyələşdirilməsi və ərazinin abadlaşdırılması xərclərini də əlavə etsək,nəhəng bir məbləğ yaranacaq - ən azı1,2 milyard manat. Layihə dövlətsifarişi olduğundan vəsait dövlət büdcəsi hesabına ödəniləcək. Nazirlər Kabineti 2014-cü il üzrə dövlət investisiyalarının bölüşdürülməsi üzrə hələ qərarv vermədiyindən layihəyə nə qədər vəsait ayrılacağı bəlli deyil. Ancaq istənilənhalda layihənin ilkin dəyəri 1 milyard manatdan az olmayacaq. Təbii ki,layihənin icrasına məsul olan məmurlar bu vəsaitin bir hissəsini mənimsəməyə çalışacaq. Meriyanın hamam-tualetə, otaqlara və həyətyanı sahəyə fərqli tariflərin tətbiqi “zərurəti” elə buradan qaynaqlanır. Hər mənzildəki 15-20 kvadrat metr hamam-tualet, həyətyanı sahə ilə manipulyasiya edib 15-20 min manat qənaət etsələr,bu 150-200 milyon manat “gəlir” deməkdir.
Beləliklə, məmurlar yeni korrupsiya fantaziyalarını işə salıb. “Ağ şəhər” layihəsində məmurların korrupsiya fantaziyaları yeni formada üzə çıxdı. 1 ildir “Ağ şəhər” layihəsinə - Bakının Xətai rayonundayerləşən və “Qara şəhər” adlanan ərazidə yeni müasir mərkəzin yaradılmasına start verilib. Ərazidə məskunlaşan sakinlərin bildirdiyinə görə, burada dövlət adından rəsmi qurumlar yox, dəllallar danışır. Dəllallar 100 min manat dəyəri olan evi sahibindən 150 min manata alırlar, sonradan həmin evi dövlətə 2 dəfə baha qiymətə satırlar - təzminat alaraq.
Görünür, zəngin korrupsiya təcrübəsinə sahib olan məmurlar “Sovetski”də fərqli yeyinti texnologiyası tətbiq etmək niyyətindədirlər.