Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda 10 mindən çox ev söküntüsünə başlanıldı

 

       Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda söküləcək evlərin sayını açıqlayıb.

     "xeberinfo.com": BŞİH-nin aparatının rəis müavini Zülfəli İsmayılov söküləcək evlərlə bağlı verdiyi məlumatda bildirib ki, artıq müəyyənləşdirmə işlərinin bir qismi başa çatıb. Müfəssəl planda öz əksini tapan ərazilərdə söküntünün aparılması üçün Maliyyə Nazirliyi, Yol Servis İdarəsi və Yasamal Rayon İcra Hakimiyyəti birgə iş aparır. Ərazilər ölçülür.  "Bu plana əsasən söküntüyə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yuxarı hissəsindən start veriləcək. "Azdrama"nın aşağı hissəsində məlum olduğu kimi söküntü işləri aparıldı və yeni park salındı. Artıq söküntü işlərinin aparılması üçün maliyyə ayrılıb. Bəzi ərazilərdə söküntüyə başlanılıb. Vətəndaşlara kompensasiya verilir. Məlumata görə, Yasamal rayonu ərazisində 10 mindən çox evin söküntüsü nəzərdə tutulur".

      Yasamal Rayon İcra Hakimiyyətindən bildiriblər ki, söküntü işlərinin aparılması ilə bağlı İH-də işçi qrup yaradılıb. Başçının birinci müavini Səməd İslamov İşçi qrupunun rəhbəri təyin edilib. 

      Qeyd edək ki, müfəssəl planda söküntünün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yuxarısndan başlanılaraq H.Cavid bağınadək uzanacağı göstərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam