Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Təhsilimizin "sistem"i donub, problemi görməzdən gəlir -Şagirdlər təhsil "ocaq"larında "istilik" axtarır...

 

Təhsil sektorunda o qədər problemlər var, yazmaqla bitməz. Keyfiyyət çox aşağıdır, şagirdlərin qiymətləndirilməsi üzrə beynəlxalq hesabatlarda yalnız geri getdiyimizi görürük. Müəllimlərin nəzərəçarpan hissəsi peşəsini lazımi səviyyədə bilmir. Bölgələrdə təhsil ocaqlarının vəziyyəti ürəkaçan deyil. Qış gələndən isə məktəblərin isidilməsi problemi ön plana çıxıb.

Yenixeber.org xəbər verir ki, bir-birinin ardınca müxtəlif təhsil müəssisələrinin qızdırılmaması ilə bağlı məlumatlar gəlir. Lənkəranda 9 saylı məktəbdəki duruma görə valideynlər dilə gəlib. Onlar uşaqların dərsdə soyuqdan dayana bilmədiklərini deyir. Mingəçevirdə müəllim sinifdə şagirdlərin gödəkçədə əyləşdiyini göstərən video çəkib. O, bu şərtlərlə dərs keçməyin mümkünsüzlüyünü göstərməyə çalışıb. Bakı Dövlət Universitetinin tələbələri isə soyuqdan donmalarına özünəməxsus şəkildə etiraz edib. Onlar rektor Elçin Babayevə ərizəni birbaşa lövhəyə yazıblar. Burada istilik sistemi ilə bağlı problemlərin aradan qaldırılmasına göstəriş verilməsi xahiş olunur. Dərdini lövhəyə yazmaq ideyasının hüquq fakültəsinin tələbələrinə məxsus olduğu iddia edilir.

Bakı Dövlət Universitetindən məsələyə münasibət bildirilib. Açıqlamada təhsil müəssisəsində istiliklə bağlı hər hansı problemin olmadığı qeyd edilib. Başqa cavabı gözləməyə də dəyməzdi.

Ümumiyyətlə, Azərbaycanda bütün sektorlarda oxşar vəziyyət yaranıb. Heç bir halda tənqid dilə gətirilə bilməz, çatışmazlıqlar ört-basdır edilməlidir, deyilməməlidir. İşçi və ya tələbə heyətindən kimsə problemi açıb-ağartsa, buradan uzaqlaşdırıla bilər.

Əslində, tamam başqa cür olmalıdır. Problemi hamıdan əvvəl müəssisə rəhbərliyi görməlidir. İstilik problemi o qədər davam edib ki, tələbələr bu barədə lövhədə yazmalı olub. Mingəçevirdə işləyən müəllim də bir müddət gözləyəndən sonra məsələni ictimailəşdirmək qərarına gəlib. Yəni problem vaxtında həllini tapa bilər. Bunun üçün çox da böyük iradəyə ehtiyac yoxdur. Sadəcə, işinə məsuliyyətlə yanaşmaq və vəzifəni vicdanla yerinə yetirmək kifayətdir.

Tutaq ki, hər hansı müəllim və ya tələbə problemi ictimaiyyətə çatdırıb. Dünya dağılmır. Problem varsa, həll olunmalıdır. Müəllim və tələbələrin müəssisədə tədrislə normal şərtlər çərçivəsində məşğul olmağa haqqı var. Ola bilməzmi ki, universitetdə istilik problemi yaranmasın, amma kimsə çıxıb lövhəyə bu haqda yazsın. İctimaiyyəti o cür açıqlamalarla aldatmaq heç ağıllı davranış da deyil. Problemi etiraf edib qısa zamanda yoluna qoymaq lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam