Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

“Abzas Media"nın direktoru və baş redaktoru barəsində həbs qətimkan tədbiri seçildi -YENİLƏNDİ

Noyabrın 20-də saxlanılan "Abzas Media" saytının direktoru Ülvi Həsənli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Yenixeber.org: Xətai rayon məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib.

Ülvi Həsənli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

Bu gün saxlanılan "Abzas Media" saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Xətai rayon məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qərar qəbul olunub.

Qərara əsasən, Sevinc Abbasova barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, "Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam