Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Milli Məclisin şöbə müdiri vəzifəsindən azad olundu -Avropa Məhkəməsinə gedir

Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov vəzifəsindən azad olunub.

Xeberinfo.com:   "Report" xəbər verir ki, L.Hüseynov başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən çıxarılıb.

Həmin şöbəyə Mirhəşim Seyid müdir təyin olunub. O, əvvəllər Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini işləyib.

İndiyə qədər parlamentin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri olan Fuad Məmmədov isə şöbə müdirinin müavini təyin edilib.

Yeni şöbə müdirini və müavinini kollektivə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev təqdim edib.

Xatırladaq ki, oktyabrın 11-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim seçkisi baş tutub. Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov Azərbaycanın Avropa Məhkəməsindəki hakimi seçilib. O, vəzifəsinin icrasına 2017-ci ilin yanvarında başlayacaq.

Onu da xatırladaq ki, Azərbaycanı 2003-ci ildən Avropa Məhkəməsində Xanlar Hacıyev təmsil edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam