Neftimiz 95 dollara satılır
Yenixeber.org: Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 3.19 dollar və ya 3.5% artaraq 94.42 ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.