Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sertifikasiyaya görə ən çox işdən çıxarılan müəllimlər bu bölgədəndir -AÇIQLAMA

Sertifikasiyaya görə ən çox işdən çıxarılan müəllimlər bu bölgədəndir

Elm və təhsil nazirinin müavini Həsən Həsənli sertifikasiyadan keçə bilmədiyinə görə əmək müqaviləsinə xitam verilən müəllimlərin ən çox hansı bölgədən olduğuna aydınlıq gətirib.

Yenixeber.org: Bununla bağlı sualımızı cavablandıran nazir müavini deyib ki, əmək müqaviləsinə xitam verilən müəllimlər ən çox Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə tabe olan məktəblərin təhsilverənləridir.
Xatırladaq ki, avqustun 29-da ötən il keçid balını toplaya bilməyən ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanda iştirak edən 1939 müəllimdən 1334 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsinə keçib. 605 nəfər müvafiq keçid balını (30 bal) toplaya bilməyib. Eyni zamanda, 138 müəllim də sertifikatlaşdırma imtahanına gəlməyib.
Beləliklə də 743 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub.
“Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü il tarixindən xitam verilməsi prosesinə başlanılıb.

“Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri xüsusi diqqətdə saxlanılacaq. Həmin müəllimlərlə işin təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron – Xızı, Gəncə – Daşkəsən və Quba – Xaçmaz regional təhsil idarələrində komissiyalar fəaliyyətə başlayıb”, - Elm və Təhsil Nazirliyindən bildirilib.(modern) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam