Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Saxta diplom qalmaqalı davam edir

 

 

 

 

      Gəncə Dövlət Universitetinin (GDU) keçmiş rektoru, filologiya elmləri doktoru, professor Yadigar Əliyev Gəncə Dövlət Universitetindən Rüfət Şərifov adlı məzuna verilmiş saxta diplomu onun imzaladığı barədə bir sıra KİV-lərin yaydığı məlumatı təkzib edib

 

 
 
"xeberinfo.com":Yadigar Əliyev bununla bağlı Modern.az-a verdiyi açıqlamada bildirib:
“ANS TV-də və muxtəlif kütləvi informasiya vasitələrində həmin saxta diplomla bağlı dəqiqləşdirilməmiş məlumata görə təəssüflənir və bildirirəm ki, mən 2013-cü il fevral ayından möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə Gəncə Dövlət Universitetinə rektor təyin edilmişəm. 2009-cu ildə Rüfət Şərifova verilmiş "diplomda" 2013-cü ildə vəzifəyə təyin edilmiş rektorun - yəni mənim imzamın ola bilməsi isə gülünc, yalan və iftiradır”.
Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin bir neçə gün öncə yaydığı məlumata görə, Gəncə Dövlət Universitetindən Rüfət Şərifovun adına verilmiş diplomun saxta olması barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. 
Araşdırma zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Rüfət Şərifovun birinci ali təhsili haqqında 2009-cu ildə Gəncə Dövlət Universitetini bitirməsinə dair diplomunun dövlət nümunəli olmadığı, o cümlədən Bakı şəhər sakini Nərgiz Məmmədovanın 2007-ci ildə R.Şərifovun Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirilməsi adı altında sonuncunun anasından 23  min manat məbləğində pul almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam