Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun qurucusu olduğu Avropa Azərbaycan məktəbi yaxınlıqdakı binalarda yaşayan sakinləri təngə gətirib. Təhsil ocağının soyutma səsi sakinlərin hər gün qulaqlarını və beynini “terror” edir.
Yenixeber.org: Jurnalist Aynur Elgünəş də narazılıq edən sakinlərdən biridir. Həmin qulaq batıran və beyinə psixoloji təsir edə səsi sosial mediada paylaşan jurnalist deyir ki, məktəb rəhbərliyinə şikayət edilib. Amma əcaib cavab alıb. Rəhbərlikdən deyilib ki, dünyanın hər yerində guya belədir və soyutma sistemlərindən bu cür səs gəlir. Sosial media istifadəçiləri isə şərhdə bunu absurd yalan adlandırıblar. Həqiqətən də bu səsi eşitdikdə əsəblər tarıma çəkilir. Maraqlıdır, öz yaşadıqları ərazidə adamın psixikasına təsir edən bu səs hər gün mənzillərinin işində eşidilsəydi, necə olardı?(Tribunainfo.az)