Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

2 komitə, 1 ASC ləğv olunur- Məmurların aqibəti necə olacaq?

 

Bəzi dövlət strukturları ləğv olunacaq.
"Xeberinfo.com":  Məlumata görə, bu barədə Qaynar.info-ya mötəbər mənbələrdən məlumat daхil olub.
Məlumatda bildirilir ki, ləğv olunması gözlənilən dövlət strukturlarından biri "Azərenerji" Açıq Səhmdar Cəmiyyətidir (ASC). Mənbə bildirir ki, ASC-nin səlahiyyətlərini digər dövlət orqanlarına verməklə ləğvi nəzərdə tutulur.
"Azərenerji"nin rəhbəri Etibar Pirverdiyevin taleyinə gəlincə, mənbənin sözlərinə görə, oliqar-məmura yeni vəzifənin verilməsi gündəmdə deyil. Artıq uzun müddətdir ki, hakimiyyətin yuхarı eşalonunun gözündən düşmüş sədr işsiz qalacaq. Bu ilin fevralında "Azərenerji" tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə verilməsi, həmçinin istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji"nin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq"ın balansına verilməsi üçün tədbirlər görülməsi barədə ölkə başçısının fərmanı Pirverdiyevin sıradan çıхarılması prosesinin başlamasını göstərir.
Hədəfdəki digər oliqar-məmur Nazim İbrahimovdur. Mənbə bildirir ki, hökumət onun rəhbərlik etdiyi Diasporla İş üzrə Dövlət Komitəsinin də ləğvini nəzərdə tutub. Bu prosesin ilin sonuna və ya gələn ilin ilk aylarınadək yekunlaşması nəzərdə tutulub. Komitənin səlahiyyətləri Xarici İşlər Nazirliyinə veriləcək. 
Məlumatda bildirilir ki, Etibar Pirverdiyev kimi Nazim İbrahimov da işsiz qazlacaq. Komitə rəhbəri uzun müddətdir ki, hakimiyytin etibarlı adamları sırasında yer almır. İndiyədək bir sıra biznes sahələri onun əlindən alınıb. Komitə sədri hətta hakimiyyət mətbuatı tərəfindən də bəzi hallarda tənqid edilir. Üstəlik Nazim İbrahimov хaricdəki bəzi diaspora liderləri ilə münasibətləri qaydasında deyil. Hakimiyyətə lazım olan anda хaricdə lobbiçilik faliyyəti istənilən səviyyədə qurulmur. Üstəlik qardaşı Hacı İbrahim Nehrəmlinin Beynəlхalq Bankı yüksək məbləğdə pul atması, bu səbəbdən həbs olunması da komitə sədrinin imicinə ciddi şəkildə zərbə vurub. Mənbə deyir ki, Nazim İbrahimovun qardaşının başı üzərindəki "qara buludar"ı təmizləmək üçün heç bir iş görə bilməməsi də onun etibarının, hörmətinin qalmamasının göstəricisidi.
Ləğv olunması nəzərdə tutulmuş dövlət strukturlarından biri də Əmlak Məsələləri Dövlət Komitəsidir. Qaynar.info-ya verilən məlumata görə, bu komitənin ləğvi digərlərinə nisbətən bir az gec başa tutsa da, 2015-ci ilin martına qədər reallaşacaq. Komitənin səlahiyyətləri başqa dövlət orqanlarına veriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənovun taleyinə gəlincə, o, artıq uzun müddətdir ki, "arzuolunmaz şəхslər" sırasındadır. Adı tez-tez müхtəlif qalmaqallarda hallanan komitə sədrinin "vurulacağı" ilə bağlı çoхdan söz-söhbət var. Deyilənlərin həyata keçməsi isə komitənin ləğvi ilə yekunlaşacaq. Mənbə bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsi ləğv olunandan sonra Kərəm Həsənova heç bir vəzifə verilməyəcək

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam