Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Azərenerji” ASC ləğv olunur?

 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) tamamilə ləğv oluna bilər.
"Xeberinfo.com":   Məlumata görə, bu barədə qaynar.info-ya etibarlı mənbədən məlumat daxil olub.
Mənbənin bildirdiyinə görə, hökumətdə “Azərenerji”nin taleyi ilə bağlı iki variant uzun müddət müzakirə mövzusu olub: “Bunlardan biri Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurumun özəlləşdirilməsi, digəri isə onun Energetika Nazirliyinin tabeliyinə keçirilməsi idi. “Azərenerji”nin səlahiyyətlərinin bir hissəsinin yeni yaradılan “Azərişıq”a verilməsindən sonra ilk variant arxa plana keçib. Pirverdiyevin qurumunun parlament seçkilərindən sonra start verilməsi gözlənilən islahatlar paketi çərçivəsində Energetika Nazirliyinə birləşdirilməsi böyük ölçüdə qətiləşib”.
Məlumatı verən qaynaq xatırladıb ki, bu ilin fevralında “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinə, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görülməsi üçün ölkə başçısı tərəfindən qərar verilib: “Həmin qərar Pirverdiyevin səlahiyyətlərinin əhəmiyyətli şəkildə azaldılması mənasına gəlirdi. Bundan sonra gözlənilən odur ki, “Azərenerji” ASC-dən İstehsalat Birliyinə çevrilsin və Energetika Nazirliyinin tabeliyinə verilsin. Etibar Pirverdiyev uzun müddət rəhbərlik etdiyi qurumun güc itirməsinə qarşı müqavimət göstərib. Amma onun özü istər maliyyə, istərsə də səlahiyyət baxımından zəiflədildikdən sonra artıq bu müqaviməti davam etdirmək iqtidarında deyil. Odur ki, payızda “Azərenerji”nin Natiq Əliyevin rəhbərlik etdiyi nazirliyin tabeliyinə verilməsi heç kim üçün sürpriz olmamalıdır”.
Mənbə qeyd edib ki, N. Əliyevlə E. Pirverdiyevin arasında soyuqluq olduğu kimsəyə sirr deyil: “Bir müddətdir onların arasında sərin küləklər əsir. Bu soyuqluğun yaranması isə məhz “Azərenerji”nin Energetika Nazirliyinin balansına keçirilməsi variantının ortaya çıxdığı dövrə təsadüf edir. Ona görə də “Azərenerji” Natiq Əliyevin tabeliyinə keçərsə, ASC-dən İstehsalat Birliyinə çevriləcək qurumun rəhbərinin dəyişdiriləcəyi də şübhə doğurmur. Belədə isə Etibar Pirverdiyevin işsiz qalacağını əminliklə söyləmək olar".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam