Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Dövlət satınalmaları haqqında” qanun -TƏFƏRRÜAT

Açiq mənbələrdən foto.

Prezident İlham Əliyev avqustun 19-da “Dövlət satınalmaları haqqında” yeni qanunu imzalayıb. Qanun 2024-cü ilin yanvarında qüvvəyə minəcək.

Yenixeber.org: Qanun dövlət orqanlarına, büdcədənkənar dövlət fondlarına, dövlət adından yaradılmış publik hüquqi şəxslərə, səhmləri (paylarına) dövlət nəzarətində olan hüquqi şəxslərə və digər dövlət müəssisə və təşkilatlarına (idarələrinə) şamil edilir. Azərbaycan İnvestisiya Holdinqinə tabeliyində olan dövlət şirkətlərinin müşahidə şuraları tərəfindən digər maliyyə vəsaitləri hesabına malların, işlərin və xidmətlərin satın alınması qaydalarının təsdiq edilməsini təmin etmək tapşırılıb.

2002-ci ildən qüvvədə olan eyni adlı qanunvericilik aktını əvəz edəcək yeni qanunda təkliflər sorğusu üsulu istisna edilir və kotirovka sorğusu isə dəyəri hazırkı 50 min manat əvəzinə 100 min manatdan aşağı olan alışlar üzrə keçiriləcək. 100 min manatdan yuxarı alışlar açıq və ya ikimərhələli tender yolu ilə təşkil edilir. Təklif olunan qiymətdən asılı olmayaraq, yalnız nəzarət orqanının razılığı ilə aşağıdakı satınalma üsullarından istifadə edilə bilər: qapalı tender üsulu, bir mənbədən satınalma üsulu və çərçivə razılaşması ilə nəticələnən açıq tender və ya kotirovka sorğusu üsulları.

Təxmin edilən qiymətdən asılı olaraq kotirovka sorğusu aşağıdakı təchizatçılar arasında aparılır və yalnız onların təklifləri qiymətləndirilir:

- təxmini qiyməti 30 000 manatadək olanlar - mikro və kiçik sahibkarlıq subyektləri olan təchizatçılar;

- təxmini qiyməti 30 000 manatdan 100 000 manatadək olan - mikro, kiçik və orta sahibkarlıq subyektləri olan təchizatçılar.

Yeni ildən satınalan təşkilatlara sadə alqı-satqı müqaviləsi - çərçivə müqaviləsi tətbiq edilməklə və satınalma predmetinin əldə edilməsi ilə bağlı tərəflərin öhdəlikləri müəyyən edilməklə satınalmanın ikinci mərhələsində seçilən tədarükçü ilə satıalan təşkilat arasında  sənəd imzalamaq hüququ veriləcək.

Maraqlıdır ki, “Dövlət satınalmaları haqqında” yeni qanun satınalan təşkilatları satınalma müqavilələrinin mətnini və satınalma iştirakçılarının adlarını açıqlamağa məcbur etmir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam