Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Sovetski”dən köçmək istəyənlərin sayı açıqlandı

 

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı: “Köçürmə işləri 6 mərhələdən ibarət olacaq”

     "xeberinfo.com": Məlumata görə, bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Yasamal rayonunda  2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasda söyləyib.

İ. Mehdiyev bildirib ki, köçürülmə işlərinə bu ilin əvvəlindən başlanılıb. Onun sözlərinə görə, ilk mərhələlərdə söküntü ərazisinə düşən 2830 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işləri aparılıb, görülmüş müvafiq tədbirlər nəticəsində mövcud gərginlik aradan qaldırılıb. Köçürülmə işlərinin yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.

İ. Mehdiyev ötən dövr ərzində Yasamal Rayon İcra Hakimiyyətinə öz evlərini müəyyən edilən şərtlərlə satmaq istəyən ailələrdən artıq 697 razılıq ərizəsi daxil olduğunu, müraciətlərin sayının artmaqda olduğunu nəzərə çatdırıb. Artıq komissiyaya dəvət olunmuş 543 mənzilin sahibləri ilə razılaşma protokolları imzalanıb, onlardan 240 əmlak sahibi ilə müvafiq qaydada alqı-satqı aparılıb, bu şəxslər öz vəsaitlərini bank hesabından götürüblər. İndiyə qədər sakinləri köçmüş 41 mənzil sökülüb.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı söküntü ərazisində 160-dan çox mədəniyyət abidəsi olduğunu açıqlayıb.

Söküntü ərazisinə düşən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı, həmin abidələrin foto şəkillərdən ibarət albomu, abidələrin yerləşmə xəritəsi tərtib edilib və bu məlumatlar baş nazirin müavini Abid Şərifova və Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam