Zelenski Türkiyədə Patriarx Varfolomey ilə görüşüb
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfəri çərçivəsində Patriarx Varfolomey ilə görüşüb.
Yenixeber.org: Zelenski patriarxa cəbhədəki vəziyyət və Rusiya Silahlı Qüvvələrinin mülki şəxslərə qarşı son cinayətləri barədə məlumatlandırıb.
Görüş zamanı tərəflər Ukrayna sülh formulunu və ölkədən qanunsuz deportasiya edilmiş uşaqların geri qaytarılmasını müzakirə ediblər.
Patriarx Verfolomey Ukraynada sülhün əldə olunmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, iyulun 7-də axşam saatlarında Türkiyəyə səfərə gələn Zelenski burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.