Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Rusiya yenidən yay vaxtı rejimini tətbiq edir

Yay vaxtı-na keçidin qaytarılması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.

Yenixeber.org:  Bu barədə Dumanın Kommunist fraksiyasındna olan deputatı Mixail Matveev Telegram kanalında yazıb.

Qanun layihəsində saatların martdan oktyabr ayına qədər bir saat önə çəkilməsi nəzərdə tutulur.

“Yay vaxtının qaytarılması haqqında qanun layihəsini deputatlar Mixail Matveyev (Samara), Oleq Mixaylov (Komi) və Olqa Alimova (Saratov) Dövlət Dumasına təqdim ediblər”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, təşəbbüs ona görə lazımdır ki, göstərilən müddətdə sübh və qaranlıq çağları bir saat sonra düşsün.

Qeyd edək ki, yay vaxtı SSRİ-də tətbiq edilib və Rusiyada 2012-ci ilə qədər tətbiq olunub.

“2014-cü ildən bəri Rusiya daimi qış vaxtında yaşayır, buna görə də əksər regionlarda gündüz saatlarının itkisi ildə 200 saatı ötür", - deyə deputat Matveev bildirib.

Qanun layihəsinə verilən izahat qeydində o da bildirilib ki, yay vaxtına keçidin tətbiqi “əhalinin səmərəli istifadə etdiyi gündüz saatlarını” artırmaqla yanaşı, qəzaların sayının azalmasına, vətəndaşların küçələrdə təhlükəsizliyinin yaxşılaşdırılmasına və həm də kənd təsərrüfatı və tikinti işlərini asanlaşdıracaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam