Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Türk ölkələri üçün sadələşdirilmiş gömrük dəhlizi yaradılır

Özbəkistan türk ölkələri üçün sadələşdirilmiş gömrük dəhlizi haqqında sazişi təsdiqləyib. Müvafiq sərəncamı Özbəkistan prezidenti Şavkat Mirziyoyev imzalayıb.
Yenixeber.org: “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında saziş təsdiq edilsin", -sərəncamda deyilir. Saziş 2022-ci il noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitində imzalanıb.
Sazişin icrası Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinə həvalə edilib. Mirziyoyevin tapşırığına əsasən, respublikanın Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün Özbəkistan tərəfindən ölkədaxili prosedurların həyata keçirilməsi barədə TDT-yə məlumat verməlidir.
Türk Şurası 2009-cu ildə yaradılıb. Onun üzvləri əvvəlcə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə idi. 2019-cu ildə Özbəkistan assosiasiyaya qoşulub. 2021-ci ilin noyabrında şuranın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı. Hazırda onun tərkibində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə ,Özbəkistan, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edirlər. 2023-cü ildə Özbəkistan TDT-yə sədrlik edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam