Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Çində TƏHLÜKƏ:Əhaliyə xəbərdarlıq edildi

Çinin bir neçə bölgəsində leysan yağışları ilə əlaqədar “mavi” səviyyədə xəbərdarlıq elan edilib.

Yenixeber.org:  Çinin Meteorologiya Mərkəzi Yünnan, Quycou, Hunan, Ciansi, Anhuy, Cıcian əyalətləri, habelə Quansi Cuan, Tibet və Daxili Monqolustan muxtar rayonlarında gün ərzində şiddətli yağışların müşahidə olunacağı barədə məlumat yayıb. Bəzi yerlərdə yağıntının miqdarının aylıq normanı ötəcəyi, ildırım və fırtına olacağı proqnozlaşdırılıb

.Meteorologiya Mərkəzi yerli hökumətlərə leysan yağışlarının törədə biləcəyi fəsadlara hazır olmaq barədə tövsiyə verib. Uşaq bağçalarına və məktəblərə şagirdlərin təhlükəsizliyini diqqətdə saxlamaq tapşırılıb. Yollara su dolmaq ehtimalı ilə əlaqədar sürücülərə ehtiyatlı olmaq tövsiyə edilib.

Qeyd edək ki, Çində anormal hava şəraiti ilə əlaqədar dördpilləli xəbərdarlıq sistemi var. Ən aşağı səviyyə “mavi”, ardınca “sarı” və “narıncı”, ən yüksək isə “qırımızı”dır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam