Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Türkiyəli nazir Zəngəzur dəhlizinin əhəmiyyətindən DANIŞDI

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin Azərbaycan və Naxçıvanı birləşdirəcəyini, Türkiyə ilə yeni nəqliyyat əlaqəsini təmin edəcəyini bildirib. 

Yenixeber.org:  O, Zəngəzur dəhlizinin həyata keçirilməsinin Pekindən Londona qədər Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcəyini vurğulayıb. 

“Zəngəzur dəhlizi gələcəkdə Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar verəcək. Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi ilə orta dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Pekindən Londona Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək. Orta dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla işlənə biləcək layihələr, o cümlədən Rusiya ilə əməkdaşlıq sahəsində ölkəmizin regiondakı strateji mövqeyinin əhəmiyyəti artacaq", - nazir qeyd edib. 

Uraloğlu xəttin Ermənistan sərhədinə qədər olan hissəsinin tikintisinin davam etdiyini, Horadizdən Naxçıvanın Ordubad bölgəsinə 166 kilometrlik yeni dəmir yolunun çəkiləcəyini, Azərbaycanla Rusiya arasında dəmir yolu xəttinin tikintisi üçün danışıqlar aparılacağını açıqlayıb. O qeyd edib ki, bu çərçivədə dəmir yolu xətti ilə paralel olaraq avtomobil yolları da istifadəyə veriləcək. 

Nazir Zəngəzur dəhlizinin Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik olduğunu və bu dəhlizin dəmir yolu şəbəkəsini genişləndirəcəyini bildirib. O, bunun regional ticarətə müsbət təsir edəcəyini diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam