Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

İranın keçmiş rəsmisi:"Urmiya gölü qurusa, Təbriz şəhəri köçürüləcək"

“Heç bir hökumət Urmiya gölünü bərpa edə bilməz, bu su hövzəsi qurusa, onda Təbriz şəhərinin köçürülməsi haqqında düşünməyə ehtiyac olacaq”.

Yenixeber.org: Bunu İranın Ətraf Mühiti Mühafizə Təşkilatının keçmiş başçısı və Urmiya gölünün bərpası üzrə qərargahın sabiq katibi İsa Kələntəri “Xabar” internet kafedəki çıxışında bildirib.

Onun sözlərinə görə, hələ də Urmiya gölünün bərpasına əhəmiyyət verməyən insanlar ola bilər, ancaq bu göl bərpa olunmasa, Təbriz kimi böyük və əhəmiyyətli bir şəhərin boşaldılması riski var. O bildirib ki, Urmiya gölünün bərpasına gedən yol çətin olmaqla, texniki problemlərlə üzləşməklə yanaşı, siyasi təzyiqlərin də təsirinə məruz qalmışdı.

İ.Kələntəri vurğulayıb ki, Qərbi Azərbaycan əyaləti başçısının bəzi nümayəndələrinin uğursuz fəaliyyəti səbəbindən ən azı bərpa proqramının bəzi bəndləri heç yerinə yetirilməyib.

O qeyd edib ki, onlar üçün bu dayaz və duzlu göl təəssüratı bağışlasa da, oradan havaya sovrulan duz tozları Azərbaycan regionunun həyatını təhlükə altına sala bilər: "Urmiya gölü ətrafında yaşayan heyvanlarda dəri xərçəngi 20 faiz artıb. Belə ki, Urmiya gölünün qurumasının pik həddə çatdığı 2014-2015-ci illərdə Dövlət Baytarlıq Təşkilatı məlumat vermişdi ki, Urmiya gölünün şimal-qərbində yerləşən Salmas bölgəsində heyvanlarda dəri xərçəngi 20 dəfəyə qədər çoxalıb”.

Sabiq sədrin qənaətincə, Urmiya gölü quruyarsa, yay və qış mövsümləri arasında temperatur fərqi 7 dərəcə artacaq: “Bu, 7 dərəcənin insan genetikası, heyvanlar, bitkilər və mikroblarda nə kimi dəyişikliklərə səbəb olacağı məlum deyil".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam