Əməyin Mühafizəsi Mərkəzi YARADILIR
“Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxs yaradılacaq.
Yenixeber.org:Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (bundan sonra – Xidmət) mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi iki ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.