Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ermənistan əsirləri qaytarmaqdan imtina edir

"Azərbaycan ərazisində erməni hərbi əsirlərin olması iddiasına gəldikdə qeyd edək ki, Azərbaycan müharibə zamanı ələ keçirilmiş hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq Ermənistana geri qaytarıb". 

Yenixeber.org: Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. 

"Müharibədən sonra ölkəmizin ərazisində hərbi təxribatlar törətmək məqsədilə Ermənistan tərəfindən göndərilmiş bir qrup erməni hərbçilərə gəldikdə, onların hərbi əsir olmadığı Ermənistan rəhbərliyinə məlumdur. Azərbaycanın xoş niyyət nümayiş etdirərək bu qrupdan olan şəxslərin də demək olar yarısını Ermənistana geri qaytarmasına baxmayaraq, Ermənistan tərəfi yolunu azaraq Ermənistana keçmiş 2 nəfər Azərbaycan hərbçisini qurama məhkəmə işi ilə geri qaytarmaqdan imtina edir və bununla etimad quruculuğu səylərinə zərbə vurur. 

Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq", - deyə məlumatda qeyd edilib.  

Xatırladaq ki, bir müddət əvvəl Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam