Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Navalnı bu dəfə terrorçuluqda ittiham olunur

 Hazırda həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnıya qarşı terrorla bağlı yeni cinayət işi başladılıb.

Yenixeber.org: Bu barədə məlumatı Navalnı özü məhkəmədə açıqlayıb. 

Onun sözlərinə görə, bu işlə bağlı hökmü hərbi məhkəmə çıxaracaq. 

Xatırladaq ki, 2021-ci ilin fevralında Rusiyanın Federal Penitensiar Xidmətinin tələbi ilə A.Navalnının “İv Roşe” işi üzrə şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Belə ki, 2013-cü ilin oktyabrında Aleksey və Oleq Navalnı qardaşlarına qarşı “İv Roşe - Vostok” şirkətindən 26 milyon rubl və daha bir şirkətdən 4 milyon rubl (birlikdə 30 milyon rubl – 500 min dollar) dəyərində vəsait mənimsəməklə bağlı ittiham irəli sürülüb. 

2022-ci ilin martında isə Moskvanın Lefortovo Rayon Məhkəməsi həbsdə olan siyasətçini dələduzluq və məhkəməni təhqir etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib. Həmin ilin oktyabrında isə Navalnı barəsində yeni cinayət işi başladılıb. O, ictimai şəkildə ekstremizmə çağırışlarda, terrorizmin təbliğində, ekstremist fəaliyyəti maliyyələşdirməkdə, eləcə də nasizmin reabilitasiyasında ittiham olunur.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam