Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Təhsil müəssisələrində qanunsuzluq -Cinayət işi başlandı

Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin vəzifəli şəxsləri tərəfindən dövlət vəsaitlərinin idarə olunması ilə bağlı qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. 

Yenixeber.org: Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Araşdırma zamanı həmin Agentliyin tabeliyində olan ayrı-ayrı peşə məktəblərinin vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsi vəsaitlərinin əmək haqqı və digər ödənişlər adı ilə qanunsuz olaraq müxtəlif şəxslərin bank hesablarına köçürülməsinə və bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam