Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

ABŞ Ermənistana xəbərdarlıq edib -SƏBƏB

 ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı Ermənistan tərəfinə xəbərdarlıq edib.

Yenixeber.org: Belə ki, ABŞ maliyyə nazirinin birinci müavini Adevale Adeyemo Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanla görüşündə diqqəti Vaşinqtonun anti-Rusiya sanksiyalarından yayınmanın qarşısını almaq üçün gördüyü tədbirlərə yönəldib.

Bu barədə çərşənbə günü ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Sənədə əsasən, Adeyemo və Qriqoryan çərşənbə axşamı görüşüblər. Onlar Ermənistandakı son iqtisadi hadisələri müzakirə ediblər. Bəyanatda deyilir ki, Adeyemo həmçinin “ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının və ixrac nəzarətindən yayınmasının qarşısını almaq üçün Birləşmiş Ştatların qlobal səylərini vurğulayıb”.

O, Birləşmiş Ştatların ABŞ və Ermənistan arasında əməkdaşlığı davam etdirmək öhdəliyini təsdiqləyib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiya və Ermənistan da daxil olmaqla bir neçə ölkənin 28 müəssisəsinə ixrac məhdudiyyəti qoyub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam