Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Füzuli rayonunun daha 2 kəndi mavi yanacaqla təmin edildi


 

Füzuli rayonunun Araz Dilağarda və Araz Zərgər kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir.

"Xeberinfo.com":   Məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açılış mərasimində çıxış etmiş, respublikamızda əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışmışdır. Alı Alıyev qeyd etmişdir ki, prezident cənab İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun 39 yaşayış məntəqəsindən 37-i artıq qazlaşdırılmış, 4 və 5 nömrəli Qayıdış qəsəbələrinin isə qazlaşdırılması yaxın günlərdə həyata keçiriləcəkdir. Bildirmişdir ki, bununla da Füzuli rayonunun qazlaşdırılması tam başa çatdırılacaqdır.

 Alı Alıyev kənd sakinlərini əlamətdar gün münasibəti ilə təbrik etmişdir.

Açılış mərasimində bildirilmişdir ki, Araz Dilağarda və Araz Zərgər kəndlərinin  işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Hər iki kənddə məktəb, tibb məntəqəsi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.

Qeyd edək ki, 289 abonenti olan Araz Dilağarda və Araz Zərgər kəndlərində  ümumilikdə 24528 metr uzunluğunda birpilləli sistem əsasında müxtəlif diametrli polad və politilen borularla daşıyıcı və məhəllə daxili qaz kəmərləri çəkilmiş, 289 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Sonda rəmzi məşəl yandırıldı və evlərə mavi yanacağın verilməsinə baxış keçirildi.










Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam