Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Aktau-Bakı marşrutu ilə ilk dəfə “Kaşaqan” neftinin nəqlinə başlanılıb

 

Qazaxıstanın “Kaşaqan” yatağından hasil edilən neftin Xəzər dənizi ilə Aktau-Bakı marşrutu üzrə ilk dəfə nəqlinə başlanılıb.

Yenixeber.org: Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb

Yeni marşrutla neftin daşınması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Dəniz Nəqliyyatı Donanmasına məxsus “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə həyata keçirilib.

İlk partiyada tankerin anbarlarına ümumilikdə 6 900 ton xam neft yüklənib. Qazaxıstanın Aktau limanından yola düşən tanker nefti Azərbaycanın “Səngəçal” terminalına çatdıracaq.

Martın əvvəlində bildirilmişdi ki, Qazaxıstanın “KazTransOil” şirkəti bu ay “Kaşaqan” yatağından hasil edilən 7 min ton nefti Azərbaycan ərazisindən tranzitlə tədarük edəcək.

“Kaşaqan” yatağının neftinin daşınması ilə Yaponiyanın “INPEX North Caspian Sea” şirkəti məşğul olur. Bu şirkət Azərbaycanda “Azəri-Çıraq-Günəşli”də və əsas ixrac neft kəməri Bakı-Tbilisi-Ceyhanda paylara malikdir.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilən “Akademik Xoşbəxt Yusifzadə” tankerinin ümumi yükgötürmə qabiliyyəti 7 800 tondur. Bu tankerlə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam