Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fransada pensiya islahatına qarşı genişmiqyaslı aksiyalar davam edəcək

 

Fransanın bir çox şəhərlərində martın 18-də hökumətin parlamentdə təsdiqlənmədən pensiya islahatı layihəsinin icrasına başlamaq haqqında qərarına etiraz aksiyaları keçiriləcək.

Yenixeber.org: Bu barədə BFMTV məlumat yayıb.

Bildirilib ki, martın 17-də Fransanın bir sıra şəhərlərində keçirilən aksiyalarda 319 etirazçı həbs edilib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron pensiya islahatı haqqında qanun layihəsinin Milli Assambleyada kifayət qədər səs toplayacağından ehtiyatlandığı üçün Konstitusiyanın 49.3-cü maddəsinə əsaslanaraq bu sənədi parlamentdə səsvermədən keçirmədən xüsusi prosedurdan istifadə etmək qərarına gəlib.

E.Makron qanun layihəsinin əleyhinə səs verəcəyi halda Milli Assambleyanı buraxacağı ilə hədələmişdi.

Parisdə bir həftədən artıqdır təmizlik işçiləri (dalandar) tətil edir. Onlar pensiya ilə bağlı yaş həddinin qaldırılmasına qarşı çıxır. Fransa hökuməti pensiya yaşını qadınlar üçün 57, kişilər üçün 59 yaşdan uyğun olaraq 62 və 64-ə qaldırmaq istəyir. Bundan başqa, dalandarlar aylıq əməkhaqqı və təqaüdün artırılmasını da tələb edirlər. Hazırda onların təqaüdü ayda 1200 avrodur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam