Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Qarabağdakı teleradio yayımı stansiyalarının sayı 15-ə çatdırılacaq

Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 6 teleradio yayımı stansiyası fəaliyyət göstərir və bu rəqəmin 15-ə çatdırılması nəzərdə tutulur.
Yenixeber.org: Bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
"Hazırda mövcud stansiyalar vasitəsi ilə 11 televiziya və 7 radionun yayımı həyata keçirilir. Bu sahədə əhəmiyyətli layihələrdən biri olan Şuşa şəhərindəki 130 metr hündürlüyə malik teleradio qülləsinin layihələndirilməsi tamamlanıb və layihənin yaxın günlərdə ekspertizadan keçəcəyi gözlənir. Bu işlər bitdikdən sonra layihənin birbaşa icrasına başlanacaq", - deyə o qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam