Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

FAO Ağalıda layihə icra edəcək

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Zəngilan rayonunun Ağalı kəndinə köçən fermerlərin bilik və bacarıqlarının artırılması üçün layihə icra edəcək.
Yenixeber.org:  Bunu FAO-nun Azərbaycandakı nümayəndəsinin köməkçisi Bariz Mehdiyev bildirib.
"Artıq layihə təsdiq edilib və hökumətə təqdim olunub, bu yaxınlarda icrasına başlanılması gözlənilir. 2 illik layihə FAO-nun Texniki Yardım Proqramı çərçivəsində, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmət Agentliyi ilə birgə icra ediləcək. Ondan 300-ə yaxın fermer (benefisiar) bəhrələnəcək. Son 30 ildə kənd təsərrüfatında istifadə edilən texnologiyalar inkişaf edib. Layihə çərçivəsində pilot suvarma sistemlərinin nümayişi və tətbiqi nəzərdə tutulur”, - deyə o qeyd edib.
Xatırladaq ki, Ağalıda ilk “Ağıllı kənd” layihəsi reallaşdırılıb. Layihənin təməlini 2021-ci ilin aprelində Prezident İlham Əliyev qoyub. 2022-ci il mayın 27-də layihənin birinci mərhələsi üzrə açılış mərasimi olub. Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.
Bundan əlavə, “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam