Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan Prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb -YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə görüşüb.

Yenixeber.org: Dövlət başçısı Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə minnətdarlığını bildirib, səfər zamanı ikitərəfli əlaqələrimizlə bağlı müzakirələr aparmaq üçün imkanların da yarandığını deyib.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ölkəmizdə olmasından məmnunluğunu bildirib, Bakının gözəlliyinin onu heyran etdiyini deyib. Qonaq münasibətlərimizin yüksək səviyyədə olduğunu qeyd edib, COVID-19 dövründə və Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın onun ölkəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.

Jelka Tsviyanoviç iqtisadiyyat, ticarət, investisiya, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edib.

Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi münasibətlərin çox yaxşı səviyyədə olduğu qeyd edilib. Ancaq iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsinin, həmçinin biznes dairələri arasında birbaşa təmasların təşviqinin vacibliyi bildirilib.

Söhbət zamanı Bakı və Sarayevo şəhərlərinin hələ ötən əsrin 70-ci illərindən qardaşlaşmış şəhərlər olduğu xatırlanaraq şəhərlərarası əlaqələrin inkişafının da önəmi vurğulanıb.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib.

Azərbaycan Prezidenti dəvəti məmnuniyyətlə qəbul edib.

***

Saat: 11:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə görüşüb.

Yenixeber.org:  Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam